AZ

Natiq Cəfərli: “Rusiya öz müttəfiqlərini qorumaq iqtidarında deyil”

“İran hadisəsi ABŞ-nin Rusiya və Çinin müəllifi olduğu qlobal Cənub layihəsinin son akkordlarını görürük. Venesueladan sonra İran və Kuba sıradan çıxarılacaqsa, Qlobal Cənub layihəsi ölü doğulacaq, bələkdəcə boğulacaq. Çin və Rusiya nə edə bilər ki? ABŞ-yə müharibə elan etsin, ya nüvə müharibəsinə getsin?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

 

O bildirib ki, baş verən hadisələr onu göstərir ki, Rusiya deyildiyi qədər güclü deyil: “Rusiya müttəfiqlərini qorumaq iqtidarında deyil. Öz problemlərini Ukraynada həll etməyə və Amerikadan istifadə etməyə çalışır. Kiçik ölkələr, eləcə də Ukraynın özü də Rusiya-Amerika danışıqlarında vasitədir. İran da Çin-Amerika danışıqlarında vasitədir. Yəni ona görə də Qlobal Cənub layihəsi beşikdəcə boğulursa, deməli, Rusiya və Çin də məcbur Amerika ilə hansısa formada anlaşmaya gedəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Mart 2026, 13:01   
Seçilən
11
pravda.az

1Mənbələr