““Sabahın alimləri” müsabiqəsi artıq öz bəhrəsini verməkdədir. İlk illərdə müəyyən çətinliklər yaşansa da, zaman keçdikcə layihə öz effektivliyini sübut edib”.
AzEdu.az xəbər verir ki, bu sözləri ARTİ-nin direktor müavini Fuad Qarayev “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimində bildirib.
O qeyd edib ki, son iki ildə şagirdlərimiz ABŞ-də keçirilən beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Bəzi məzunlar isə dünyanın ən nüfuzlu universitetlərində təhsil almaqdadırlar.
“‘Sabahın alimləri’ layihəsi riyaziyyat, fizika, kimya, biologiya və digər sahələr daxil olmaqla ümumilikdə 9 istiqamət üzrə həyata keçirilir. Müsabiqə 3 mərhələdən ibarətdir və bu il ümumilikdə 760 layihə təqdim olunub”, - deyə Fuad Qarayev əlavə edib.