AZ

“Sabahın alimləri” müsabiqəsi 760 layihə ilə davam edir

““Sabahın alimləri” müsabiqəsi artıq öz bəhrəsini verməkdədir. İlk illərdə müəyyən çətinliklər yaşansa da, zaman keçdikcə layihə öz effektivliyini sübut edib”.

AzEdu.az xəbər verir ki, bu sözləri ARTİ-nin direktor müavini Fuad Qarayev “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimində bildirib.

O qeyd edib ki, son iki ildə şagirdlərimiz ABŞ-də keçirilən beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Bəzi məzunlar isə dünyanın ən nüfuzlu universitetlərində təhsil almaqdadırlar.

“‘Sabahın alimləri’ layihəsi riyaziyyat, fizika, kimya, biologiya və digər sahələr daxil olmaqla ümumilikdə 9 istiqamət üzrə həyata keçirilir. Müsabiqə 3 mərhələdən ibarətdir və bu il ümumilikdə 760 layihə təqdim olunub”, - deyə Fuad Qarayev əlavə edib.

Seçilən
26
azedu.az

1Mənbələr