AZ

Atam intihar etməyib, Epşteyn işi ilə əlaqəsinə görə öldürülüb

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İş adamı və keçmiş senator Umar Cəbrayılovun kiçik qızı Alvina atasının intiharı ilə bağlı açıqlama yayıb.

Axşam.az xəbər verir ki, 32 yaşlı Alvina sosial media hesabında paylaşım edərək bildirib ki, atası intihar etməyib, öldürülüb. O, guman edir ki, U.Cəbrayılov hadisə onun Ceffri Epşteynlə əlaqəsinə görə baş verib.

"O, bir neçə gün əvvəl mənimlə danışmışdı. O, intihar etməyib, onu Epşteyn və Tramp ilə əlaqələrinə görə susdurublar", deyə o, qeyd edib.

Alvina əlavə edib ki, Cəbrayılov Epşteyn və onun köməkçisi Gisleyn Maksvell ilə dost olub. Sözlərini təsdiqləmək üçün o, atasının Maksvellə göndərdiyi mesajların fotosunu yayımlayıb.

Milyarderin qızı həmçinin öz həyatı üçün də narahat olduğunu vurğulayıb:

"Atamı öldürdülər. Yaxın zamanda mən də birdən "intihar etsəm", bilin ki, bunu öz əlimlə etməmişəm. Bəli, bəzi problemlərim var, amma ölmək istəmirəm, yaşamaq istəyirəm".

Daha sonra Alvina atasının dəfn mərasimində iştirak etmək üçün Çeçenistana getmək məqsədilə ianə toplamağa başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
1
axsam.az

2Mənbələr