ABŞ və İsrailin İrana qarşı başladığı müharibədə Tehranın tarixi Gülüstan Sarayına ciddi ziyan dəyib.
Publika.az bu barədə "Aljazeera" nəşri məlumat yayıb.
Qeyd edək ki, saray UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
Bildirilir ki, UNESCO, Yaxın Şərqdə artan müharibə fonunda irs obyektlərinin qorunması ilə bağlı "narahatlığını" bildirib.
“İranın Ali rəhbəri Əli Xameneinin ABŞ-İsrail zərbələri nəticəsində həlak olmasından sonra onun varisinin seçilməsi prosesi çox vaxt aparmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının üzvü Əli Moaləmi deyib.
“Yeni rəhbərin seçilməsi çox vaxt aparmayacaq. Ekspertlər Şurasının üzvləri (ali rəhbərin seçilməsinə cavabdeh olan orqan – red.) and içiblər ki, lider seçərkən şəxsi seçimlərini nəzərə almayacaq, dini normalara əsaslanaraq seçim edəcəklər”, - o bildirib.
Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin paytaxt Tehrana hava zərbələri zamanı öldürülüb.
İran Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən Kral Fəhd körpüsünə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Kral Fəhd körpüsü Səudiyyə Ərəbistanının Əl-Xubar şəhərini Bəhreynlə birləşdirir.
Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli
Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına və İsrailə cavab zərbələri endirir.
İran mənbələri İsfahan şəhərində güclü partlayışlar barədə məlumat yayıblar.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Kamal Penhasi hava hücumu zamanı Tehranda İranın Dövlət Televiziya-Radio Kompleksinin hədəfə alındığını bildirib. O, dövlət televiziyasını “SEPAH-ın yalan aparatı” və “rejimin repressiya maşınının döyünən ürəyi” adlandırıb.
İsrail və ABŞ-nin qırıcı təyyarələri Urmiyaya zərbələr endirib. Hücumdan sonra şəhərdə güclü partlayış səsləri eşidilib.
İsrail Hərbi Hava Qüvvələri Tehranda hərbi sənaye müəssisələri və ölkənin mərkəzindəki raket obyektlərinə zərbələr endirir.
İsrail Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra İranın paytaxtı Tehranda güclü partlayışlar baş verib.
ABŞ və İsrailin hava hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş üzvü öldürülüb. ISNA-nın məlumatına görə, hadisə Buşehrin cənubuna endirilən zərbə nəticəsində baş verib.
İsrail Hərbi Hava Qüvvələri eyni vaxtda İran və Livana qarşı genişmiqyaslı hücum dalğasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks baş nazir Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/@musavattv/videos