AZ

İstanbulda soydaşlarımız üçün iftar süfrəsi açılıb

İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün iftar mərasimi təşkil edilib.

“İki sahil” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımızla yanaşı, Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, yerli din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş və digərləri çıxış edərək Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əsrlərin sınağından çıxmış ortaq tarixə, zəngin mədəni irsə və eyni mənəvi dəyərlərə söykəndiyini bildiriblər. Qeyd olunub ki, belə tədbirlər yalnız dini-mənəvi dəyərlərin yaşadılması deyil, eyni zamanda, iki qardaş xalq arasında birlik və həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Mərasim Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Fəyaz Nəsirzadənin Quran tilavəti və iftar duasının oxunması ilə davam edib.

Seçilən
13
2
ikisahil.az

3Mənbələr