AZ

Klub Premyer Liqanı tərk etsə, “Tottenhem” oyunçularının maaşları xeyli azaldılacaq

Mövsümün sonunda komanda İngiltərə Premyer Liqasını tərk edərsə, “Tottenhem Hotspur” oyunçularının maaşları əhəmiyyətli dərəcədə azaldıla bilər.

İdman.Biz-in xəbərinə görə, insayder Devid Ornşteynin sosial mediada bu barədə bildirib.

Mənbənin məlumatına görə, London klubunun oyunçularının əksəriyyətinin müqavilələrində komanda Çempionşipə düşərsə, maaşlarının təxminən 50% azaldılmasına səbəb ola biləcək bənd var.

“Tottenhem Hotspur” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 16-cı yerdədir. 18-ci yerdə olan “Vest Hem Yunayted”in isə 25 xalı var.

İdman.Biz
Seçilən
43
1
idman.biz

2Mənbələr