AZ

Mbappe “Real”dan narazıdır: Fransaya yollandı

Hücumçu Kilian Mbappe dizindəki problemlərlə bağlı “Real” klubunun tibbi heyətinin yanaşmasından narazıdır.

Publika.az xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, fransalı hücumçu dekabr ayından bəri bir neçə dəfə diz zədəsinin təkrarlanması ilə üzləşib. Sonuncu zədə isə onun gələn həftə “Mançester Siti” klubuna qarşı Çempionlar Liqasının 1/8 final oyunlarından əvvəl meydana qayıtmasına mane olub.

Mənbə bildirir ki, Madrid təmsilçisinin problemi effektiv şəkildə həll edə bilməməsindən məyus olan Mbappe zədəsi ilə bağlı əlavə müayinədən keçmək üçün Fransaya gedərək həkimlərlə məsləhətləşib.

Zədəsinin yenidən ağırlaşmasından sonra Mbappe mövsümün həlledici mərhələsində optimal formada olmaq üçün məşqlərdə özünü yükləməmək qərarına gəlib.

Seçilən
63
publika.az

1Mənbələr