AZ

Fars körfəzində dəniz nəqliyyatı ciddi şəkildə iflic olub

Paris, 3 mart, AZƏRTAC

Hörmüz boğazının bağlanması səbəbindən Fars körfəzinin şimalında azı 167 gəmi hərəkətsiz vəziyyətdə qalıb.

AZƏRTAC xəbər verir ki, bu haqda “franceinfo” televiziyası məlumat verirb. Bağlanan ərazi Fars körfəzinin şimal hissəsində, strateji əhəmiyyətə malik Hörmüz boğazında yerləşir. Boğaz Yaxın Şərqdəki münaqişə səbəbindən bağlanıb və bu, beynəlxalq ticarət marşrutlarına ciddi təsir göstərib.

Blokadada qalan gəmilər arasında neft və ya qaz daşıyan 127 iri tanker var. Bundan əlavə, digər yükləri daşıyan 60 konteyner gəmisi də bölgədə gözləmək məcburiyyətindədir.

Konteyner gəmilərindən 14-ü Fransanın gəmiçilik şirkəti CMA CGM-ə, 20-si isə sektorun dünya lideri olan MSC şirkətinə məxsusdur.

Bundan başqa, bəzi digər gəmilərin də bölgədə blokadada qaldığı ehtimal olunur. Lakin təhlükəsizlik səbəbilə bəzi kapitanlar gəmilərin yerini müəyyən etməyə imkan verən siqnal cihazlarını söndürdüyündən, onların mövqeyini izləmək mümkün deyil.

Hörmüz boğazının bağlanması qlobal enerji və ticarət axınlarına ciddi zərbə vurur və beynəlxalq bazarlarda narahatlığı artırır.

Seçilən
58
2
azertag.az

3Mənbələr