AZ

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub

Bakı, 2 mart, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan yığma doğma meydanda Şimali Makedoniya kollektivini qəbul edib. Bakı İdman Sarayında keçirilən qarşılaşma rəqibin 78:70 hesablı qələbəsi ilə bitib.

Bu komandalar arasında ilk görüş rəqibin 87:49 hesablı üstünlüyü ilə yekunlaşıb. Bundan başqa, Azərbaycan millisi əvvəlki matçlarda Lüksemburqa (90:95) məğlub olub, İrlandiyaya (76:75) isə qalib gəlib.

Seçilən
4
5
azertag.az

6Mənbələr