ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 mart, AZƏRTAC
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan yığma doğma meydanda Şimali Makedoniya kollektivini qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Bu komandalar arasında ilk görüş rəqibin 87:49 hesablı qələbəsi ilə yekunlaşıb. Bundan başqa, Azərbaycan millisi əvvəlki matçlarda Lüksemburqa (90:95) məğlub olub, İrlandiyaya (76:75) isə qalib gəlib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.