AZ

B-1 bombardmançıları İranın dərinliklərinə zərbələr endirdi – ÇOX SAYDA ÖLƏN VAR

ABŞ-ın strateji B-1 bombardmançı təyyarələri gecə saatlarında İran ərazisinin dərinliklərində yerləşən obyektlərə zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, hədəf İranın ballistik raketlərlə əlaqəli möhkəmləndirilmiş obyektləri olub və məqsəd ölkənin raket imkanlarını zəiflətməkdir.

Mərkəzi Komandanlıq B-1 təyyarələrinin ballistik raket komplekslərinə qarşı əməliyyatlarda iştirakını təsdiqləyib.

“Prezidentin bəyan etdiyi kimi, kampaniyanın məqsədi İranın raketlərini və raket sənayesini kökündən məhv etməkdir”, – deyə ABŞ Mərkəzi Komandanlığının açıqlamasında vurğulanıb.

Sara

Seçilən
37
nocomment.az

1Mənbələr