AZ

İrandan Azərbaycan sərhədi ilə indiyədək 553 nəfər təxliyə edilib - FOTO - YENİLƏNİB-1

Fevralın 28-i saat 08:00-dan martın 2-si saat 20:00-dək İran İslam Respublikasından ümumilikdə 553 nəfər təxliyə edilib.

APA xəbər verir ki, təxliyə olunanların 152-si Azərbaycan vətəndaşıdır. Bundan başqa, 127 nəfər Çin, 114 nəfər Rusiya, 65 nəfər Pakistan və 42 nəfər Tacikistan vətəndaşıdır.

Həmçinin 18 nəfər Səudiyyə Ərəbistanı, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər və 3 nəfər Banqladeş vətəndaşı təhlükəsiz əraziyə çıxarılıb.

Digər təxliyə olunanlar arasında 2 nəfər Filippin, 2 nəfər Gürcüstan, 2 nəfər Nepal, 2 nəfər Qazaxıstan, 2 nəfər Fransa və 2 nəfər Özbəkistan vətəndaşı var.

Bundan əlavə, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təxliyə edilib.



***
18:20

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA xəbər verir ki, 28 fevral 08:00-dan – 2 mart saat 14:00-dək İrandan 370 nəfərin təxliyə olunduğu açıqlanıb.

Onlardan 131 nəfər Azərbaycan, 239 nəfər isə xarici ölkələrin (Çin-81, Rusiya-47, Pakistan – 32, Səudiyyə Ərəbistanı – 18, Tacikistan – 30, BƏƏ – 6, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Filippin – 2, Nepal -2, Qazaxıstan -2, Türkiyə - 1, İtaliya–1, Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa-2, Braziliya-1) vətəndaşlarıdır.

***

12.54

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA xəbər verir ki, 28 fevral 08:00-dan - 2 mart saat 10:00-dək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlanıb.

Bu müddətdə 312 nəfərin keçidi təmin olunub. Onlardan 101-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 211 xarici vətəndaşın (Çin-76, Rusiya-39, Pakistan-32, Səudiyyə Ərəbistanı -18, Tacikistan–18, BƏƏ–6, İordaniya–4, Qətər–3, Banqladeş–3, Filippin–2, Nepal–2, Türkiyə-1, İtaliya–1 Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa–1, Braziliya-1) keçidinə şərait yaradılıb.

İrandan İrandan İrandan İrandan İrandan
Seçilən
4
10
apa.az

10Mənbələr