AZ

Zədəli Ronaldonun durumu ilə bağlı açıqlama

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Əl-Nəsr" klubunun baş məşqçisi Jorje Jesus futbolçusu Kriştiano Ronaldonun zədəsi barədə danışıb. Sport24.az xəbər verir ki, o, 41 yaşlı hücumçunun durumunun qeyri-müəyyən olduğunu bildirib:

"Ronaldo əzələsində ağrı hiss etdi. Risk etməmək üçün onu əvəzləmək qərarı verildi. Həkimlərimiz zədənin nə dərəcədə ciddi olduğunu qiymətləndirəcəklər".

Qeyd edək ki, Ronaldo "Əl-Fəyha" ilə matç zamanı (3:1) zədələnib.

Həmin oyunda Kriştiano penalti zərbəsini qola çevirə bilməyib. Cari mövsümdə portuqaliyalı hücumçu Səudiyyə klubunun heyətində 26 matç keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
152
sport24.az

1Mənbələr