AZ

Bu məşhurlar Dubayı tərk edə bilmir: "Qorxduq, bomba səsləri eşitmək..."

 Aktyor Şevket Çoruh, İlker Ayrık və aparıcı İvana Sert uçuşların ləğvi səbəbindən Birləşmiş Ərəb Əmirliklərinin ən sıx məskunlaşdığı şəhəri Dubayda qalıblar.

Musavat.com xəbər verir ki, İranın atdığı raketlərdən biri bir çox türk məşhurunun da qaldığı "Fairmont The Palm" otelinin yaxınlığında düşüb. Bir müddətdir oğlu Ateşlə birlikdə Dubayda olan İvana Sert İnstaqramda yaşadığı dəhşətli anları bölüşüb:

"Qeyri-adi günlər yaşayırıq. Siqnallar daim çalınır. Bu, qorxuludur. Uçuşlar ölkəmizə qayıdacağımız gün ləğv edildi. Ən qısa zamanda Türkiyəyə gəlmək istəyirik. Amma növbəti uçuşun 4 martda olacağı görünür". 

Sert daha sonra sosial media hesabında paylaşdığı videoda bu açıqlamanı verib:

"Yaxşıyıq, hələ də Ateşlə birlikdə buradayıq. Əlbəttə ki, qorxduq, raket səsləri, bomba səsləri eşitmək yaxşı bir şey deyil. Hazırda hər şey qaydasındadır. Vəziyyət sakitləşir. Buradakılara məsləhətim küçələrə çox çıxmamaqdır. Düşünürəm ki, sabahdan sonra hər şey normallaşacaq."

İlker Ayrık şəxsi sosial media hesabında bunları paylaşıb: "27 fevralda Dubaya "Ata Hamlet" tamaşası ilə gəldik. Bu gün qayıtmağı planlaşdırırdıq. Lakin hamınızın bildiyiniz səbəblərə görə geri qayıda bilmirik. Ailəm yanımdadır. Uşaqların bəzi dərsləri yoxdur. Ümid edirəm ki, müəllimləri inciməzlər. Zəng edən, soruşan və narahatlıq göstərən hər kəsə çox təşəkkür edirəm. Hamımız sağ-salamatıq. Ümid edirəm ki, tezliklə qayıdacağıq".

Könül

Musavat.com

Seçilən
13
3
musavat.com

4Mənbələr