Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yaxın Şərqdə gərginliyin artması və uçuşların dayandırılması nəticəsində Şevket Çoruh, İlker Ayrık və İvana Sert Dubayda qalıblar. İranın Körfəz ölkələrini hədəf alması hava məkanında ciddi məhdudiyyətlərə səbəb olub.Demokrat.az xəbər verir ki, İranın atdığı raketlərdən biri məşhurların qaldığı otelin yaxınlığına düşüb. Oğlu Ateşlə birlikdə Dubayda olan İvana Sert yaşadığı qorxu dolu anları sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Daim həyəcan siqnallarının çalındığını deyən Sert vəziyyəti belə təsvir edib: “Anormal günlər yaşayırıq. Raket və bomba səsləri eşitmək çox qorxuludur. Vətənimizə dönmək istədiyimiz gün uçuşlar ləğv edildi. Ən yaxın reys martın 4-nədir”. Hazırda vəziyyətin nisbətən sakitləşdiyini bildirən aparıcı insanlara küçəyə çıxmamağı tövsiyə edib.Aktyor İlker Ayrık da ailəsi ilə birlikdə Dubayda çətin vəziyyətdə qalanlar arasındadır. O, fevralın 27-də tamaşa nümayişi üçün şəhərə gəldiklərini bildirib. İlker Ayrık sosial mediada etdiyi paylaşımda təhlükəsizlikdə olduqlarını vurğulayıb: “Məlum səbəblərdən geri dönə bilmirik. Ailəm də yanımdadır. Maraqlanan hər kəsə təşəkkür edirik. Ümid edirəm ki, tezliklə qayıda biləcəyik”.Bölgədəki hərbi aktivlik səbəbindən aviaşirkətlərin uçuş bərpa planları hələlik dəqiq deyil. Proseslərin inkişafını izləyirik.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.