AZ

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

Kiyev, 2 mart, AZƏRTAC

Rusiya Ukraynaya qarşı yeni zərbələr dalğası hazırlayır. Bu dəfə Moskvanın hədəfi Ukraynanın enerji sektorunu deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Rusiya yeni bir dalğa hazırlayır, infrastrukturu, logistikanı və su təchizatını hədəf alacaq. Onlar istəyirlər ki, bizdə xüsusilə su ilə bağlı problemlər yaransın”, - deyə Ukrayna Prezidenti qeyd edib.

Bununla bağlı Zelenski Kiyevin daha çox hava hücumundan müdafiə raketlərinə sahib olmasının vacibliyini vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
43
3
azertag.az

5Mənbələr