AZ

Türkiyəli məşhurlar Dubaydan qayıda bilmirlər

Ajans.az bu barədə məşhur aktyorların paylaşımlarına əsasən xəbər verir. İlker Ayrık paylaşımında yazıb: "Fevralın 27-də Dubaya "Bir Ata Hamlet" tamaşası üçün gəldik. Bu gün qayıtmağı planlaşdırırdıq. Lakin hamınızın bildiyiniz səbəblərə görə geri qayıda bilmirik. Ailəm də yanımdadır. Uşaqların bəzi dərsləri yoxdur. Ümid edirəm ki, müəllimləri inciməzlər. Zəng edən, soruşan və narahat olan hər kəsə çox təşəkkür edirəm. Hamımız sağ-salamatıq. Ümid edirəm ki, tezliklə qayıdacağıq". Bundan başqa türkiyəli model İvana Sert də Dubayda qalan məşhurlar sırasındadır. O, hadisənin başladığı gün oğlu ilə birlikdə İstanbula qayıtmalı olduqlarını, lakin atılan raketlər səbəbindən uçuşların ləğv edildiyini açıqlayıb:

"Qeyri-adi günlər yaşayırıq. Həyəcan siqnalları daim çalınır. Bu qorxuludur. Ən qısa müddətdə Türkiyəyə gəlmək istəyirik".

Seçilən
8
3
Ajans.az

4Mənbələr