AZ

“Mançester Siti” ona 80 milyon avro xərcləməyə hazırdır

İngiltərənin "Mançester Siti" futbol klubu yeni müdafiəçi transferinə 80 milyon avro xərcləməyə hazırdır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, söhbət "Nyukasl"ın cinah müdafiəçisi Tino Livramentodan gedir.

Qeyd olunur ki, 23 yaşlı futbolçu karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Bildirilir ki, "Nyukasl" oyunçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlarda irəliləyiş əldə edə bilməyib.

Livramento 2023-cü ildən "Nyukasl"ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 19 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Nyukasl"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalı onun transfer dəyərini 40 milyon avro qiymətləndirir.

Milli.Az

Seçilən
8
milli.az

1Mənbələr