AZ

Motivasiya özünü məcbur etməklə yox, daxilini aktivləşdirməklə yüksəlir

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Psixoloq Mina Əliyeva motivasiya mövzusunda mühüm məqamlara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, onun fikrincə, motivasiya hissdən əvvəl hərəkətlə yaranır. Yəni insan əvvəl addım atır, sonra motivasiya formalaşır. Böyük məqsədlər qarşısında beynin müqavimət göstərməsi isə təbii prosesdir. Bu səbəbdən məqsədləri mikroaddımlara bölmək daha effektiv nəticə verir.

Mina Əliyeva bildirir ki, daxili səs motivasiyanın əsas dayaqlarından biridir. Özünə inam və “Sən bunu bacaracaqsan” düşüncəsi insanın psixoloji dayanıqlığını gücləndirir. Onun sözlərinə görə, motivasiyanı azaldan əsas amillərdən biri müqayisədir. Ən sağlam müqayisə “Dünənki Mən” ilə aparılan müqayisədir.

Psixoloq bu mövzuda yazıçı Ceyms Klirin “Atomik vərdişlər” kitabında qeyd olunan Qoldiloks qaydasına da diqqət çəkir. Bu qaydaya əsasən, insanlar öz aktual qabiliyyətlərinin sərhədləri daxilində yerləşən tapşırıqlar üzərində işləyərkən daha motivasiyalı olurlar. Tapşırıq nə çox ağır, nə də çox asan olmalıdır. Çətinlik səviyyəsi insanın gücünün çatdığı həddə uyğun olduqda, davamlılıq və maraq artır.

Mina Əliyeva hesab edir ki, motivasiyanı yüksəltmək üçün ilk növbədə insan öz güc sərhədləri daxilində hərəkət etməli, daha sonra isə mərhələli şəkildə hədəflərini böyütməlidir. Daxili aktivləşmə və davamlı mikroaddımlar uzunmüddətli uğurun əsasını təşkil edir.

Sosial şəbəkə hesabları:

TikTok: https://www.tiktok.com/@psixoloq.minaaliyeva

Instagram: https://www.instagram.com/psixoloq.minaaliyeva

Facebook: https://www.facebook.com/share/18RicmAcna

Əlaqə üçün:

E-poçt: [email protected]

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
qafqazinfo.az

1Mənbələr