AZ

Qurban Qurbanov: 60 70 yaşınadək məşqçilik etsəm...

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 60-70 yaşınadək karyerasını davam etdirsə belə, yenə öyrənməli olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə Məşqçilərin I Forumunda deyib.

O, bu tədbirdə danışmağın məsuliyyətli olduğunu söyləyib:

"Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir".

Q..Qurbanov məşqçiliyə başlamamışdan əvvəl Faiq Qarayevə, onun komandasına azarkeşlik etdiyini söyləyib:

"Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə bir deyim var: komanda qalib gəlibsə, futbolçuların qələbəsidir, uduzubsa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub saxlamalıyıq".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
6
cebheinfo.az

7Mənbələr