AZ

İsrail Beyrutda “Hizbullah”ın yüksəkvəzifəli üzvlərinə zərbələr endirdi

Bakı. Trend:

İsrail ordusu ölkənin şimalında “Hizbullah”ın raket atəşinəcavab olaraq Beyrutdakı hədəflərə bir sıra zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri(İDF) “Telegram” kanalında məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Beyrut ərazisindəyüksəkvəzifəli “Hizbullah” üzvlərinə qarşı dəqiq zərbə endirib.Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda“Hizbullah” liderinə zərbə endirib”, – deyə açıqlamadabildirilir.

Qeyd olunur ki, Livana endirilən zərbələr “Hizbullah”ın İsrailinşimalına raket atəşinə cavab olaraq həyata keçirilib.

Seçilən
65
6
az.trend.az

9Mənbələr