AZ

İsrail Beyrutda “Hizbullah”ın yüksəkvəzifəli üzvlərinə zərbələr endirib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 mart, AZƏRTAC

İsrail ordusu ölkənin şimalında “Hizbullah”ın raket atəşinə cavab olaraq Beyrutdakı hədəflərə bir sıra zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) “Telegram” kanalında məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Beyrut ərazisində yüksəkvəzifəli “Hizbullah” üzvlərinə qarşı dəqiq zərbə endirib. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” liderinə zərbə endirib”, – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, Livana endirilən zərbələr “Hizbullah”ın İsrailin şimalına raket atəşinə cavab olaraq həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
6
azertag.az

9Mənbələr