AZ

ABŞ və Körfəz ölkələri İrana qarşı özünümüdafiə hüququnu təsdiqləyib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və Fars körfəzi ölkələri öz vətəndaşlarının və suverenliklərinin qorunması məsələsində həmrəy olduqlarını və İrandan gələn hücumlara qarşı özünümüdafiə hüququnu təsdiqlədiklərini bəyan ediblər.

APA xəbər verir ki, bu barədə ABŞ, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin birgə bəyanatında bildirilib. “Biz öz vətəndaşlarımızın, ölkələrimizin və ərazilərimizin suverenliyinin qorunması məsələsində birliyimizi ifadə edir və İrandan gələn hücumlara qarşı özünümüdafiə hüququmuzu təsdiqləyirik”, - bəyanatda qeyd olunur.

Sənəddə həmçinin vurğulanıb ki, “İranın hərəkətləri təhlükəli eskalasiyadır, bir sıra dövlətlərin suverenliyini pozur və regional sabitliyə təhdid yaradır”.

Bəyanatda İranın mülki əhaliyə və döyüş əməliyyatlarında iştirak etməyən ölkələrə qarşı hücumları “məsuliyyətsiz və sabitliyi pozan addımlar” kimi qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
apa.az

2Mənbələr