AZ

Türkiyənin Fənərbağça Beko basketbol komandasının baş məşqçisi Dubaydan qayıda bilmir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin "Fənərbağça Beko" basketbol komandasının baş məşqçisi Şarunas Yasikeviçyus bölgədə baş verən hadisələr səbəbindən Dubayda qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

İstirahət üçün Birləşmiş Ərəb Əmirliklərində olan təcrübəli mütəxəssis bölgədə artan gərginlik və uçuşların ləğvi səbəbindən oradan ayrıla bilməyib. İranın ABŞ və İsrailə qarşı cavab zərbələrindən sonra hava məkanında tətbiq edilən məhdudiyyətlər bir çox reysin təxirə salınmasına gətirib çıxarıb.

Klub rəhbərliyinin Yasikeviçyusun təhlükəsiz şəkildə Türkiyəyə qayıtmasını təmin etmək üçün Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığı və vəziyyəti yaxından izlədiyi bildirilib.

Rəsmilər məşqçinin ən qısa zamanda komandaya qoşulması üçün zəruri addımların atıldığını qeyd ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
oxu.az

1Mənbələr