AZ

560 ABŞ əsgəri ölüb və yaralanıb İran

ain.az, Olke.az portalına istinadən məlumat verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndəki qərargahı da daxil olmaqla, bölgədəki ABŞ bazalarına endirilən zərbələr nəticəsində 560 ABŞ əsgərinin öldüyünü və yaralandığını bildirib.

Ölkə.Az-ın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, İİKK hücumlara ballistik raketlər və əsas hərbi obyektlərə qarşı dron hücumlarının daxil olduğunu bildirib.

İİKK həmçinin dəniz hədəflərinə qarşı uğurlu əməliyyatlar barədə məlumat verib. İİKK Fars körfəzində və Hörmüz boğazında ABŞ və Birləşmiş Krallıqla əlaqəli üç tankeri vurduğunu iddia edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
olke.az

2Mənbələr