ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
"Unikal" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 20-dən çox Braziliya, Polşa, Çin, Nepal, Hindistan, Fransa və Tunis vətəndaşı da ölkəmizə təxliyə olunub.
*** 15:00
İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
"Unikal" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 14.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi ilə 90 nəfər - 53 Azərbaycan, 1 nəfər İtaliya, 5 nəfər Tacikistan, 3 nəfər Qətər, 4 nəfər İordaniya, 18 nəfər Səudiyyə Ərəbistanı və 6 nəfər Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı ölkəmizə təxliyə olunub.
*** 12:50
İrandan Azərbaycan sərhədi ilə təxliyə davam edir.
"Unikal" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8:00-dan bu gün saat 12:00-dək İrandan Astara sərhəd-keçid məntəqəsin ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 3 Banqladeş, 3 Qətər, 1 Pakistan, 1 İtaliya, 5 Tacikistan vətəndaşı və 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndəsi ölkəmizə təxliyə olunub.
Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.