AZ

İranda bir nəfər vətəndaşımız xəsarət alıb - XİN

İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib.

Qeyd edilib ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir:

"Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir. İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.

Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur".

Seçilən
12
10
unikal.az

10Mənbələr