AZ

İranƏli Xameneinin ölümü ilə bağlı 40 günlük matəm elan etdi

BAKI, 1 mart. TELEQRAF

İran hakimiyyəti həlak olan ali rəhbər ayətulla Əli Xameneinin ölümü ilə əlaqədar ölkədə 40 günlük matəm elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, matəm əlaməti olaraq qarşıdakı yeddi gün ölkədə qeyri-iş günü elan ediləcək. Qərarın ali rəhbərin ölümü ilə bağlı ümummilli hüzn fonunda verildiyi bildirilib.

Seçilən
55
teleqraf.com

1Mənbələr