AZ

"İranın qardaş ölkələrimizə hücumlarını qəbuledilməz hesab edirik" - Əərdoğan

"ABŞ və İsrailin İrana hücumlarından dərin kədərlənirik və bundan narahatıq. Bu hücumlar İsrailin Baş naziri Netanyahunun təxribatları ilə başladı".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə ABŞ və İsrailin birgə hücumlarından dərin təəssüf hissi keçirir: "Bu hücumlar İranın suverenliyini açıq şəkildə pozur və dost və qardaş İran xalqının sülhünü təhdid edir. 

Səbəbindən asılı olmayaraq, İranın Fars körfəzindəki qardaş ölkələrimizə qarşı raket və pilotsuz təyyarə hücumlarını qəbuledilməz hesab edirik.

Daha çox qan tökülməsinin qarşısını almaq və bölgəmizi daha böyük əzablardan xilas etmək üçün bütün tərəflər, xüsusən də İslam dünyası təcili tədbirlər görməlidir".

Ağarza Elçinoğlu 

Seçilən
11
12
unikal.az

10Mənbələr