AZ

BAEA İrandakı radioloji vəziyyətlə bağlı açıqlama yaydı

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ-ın hücumlarından sonra İrandakı radioloji vəziyyətdə heç bir dəyişiklik qeydə almayıb.

"Ölkə.az" xəbər verir ki, agentliyin mətbuat xidməti bildirib ki, BAEA Yaxın Şərqdəki vəziyyəti yaxından izləyir və nüvə risklərindən qaçınmaq üçün təmkinli olmağa çağırır.

"BAEA regiondakı ölkələrlə davamlı əlaqə saxlayır; hazırda radioloji vəziyyətdə dəyişiklik olduğuna dair heç bir dəlil yoxdur. Agentlik vəziyyəti izləməyə və hesabat verməyə davam edəcək", qurumun açıqlamasında deyilir. 

Elvin

Ölkə.az

 

Seçilən
54
1
olke.az

2Mənbələr