AZ

TÜRKİYƏ İRANA QOŞUN YERİDƏ BİLƏR... Tel Əvivin planlarını pozmaq üçün

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Namiq Bilal

Başlandı. Bu İsrail-İran qarşıdurması, yaxud İranın nüvə silahlrını məhv etmə kompaniysı deyil. Bu müharibə ABŞ-Çin qarşıdurmasının ana xəttlərindən biridir. İran tərəfi Çin-Rusiya-İran strateji üçbucağının Orta Doğu ayağıdır və Çini neftlə təmin edən ən əhəmiyyətli tərəfdaşdır. Bu işbirliyini dağıtmağı Birləşmiş Ştatların ən önəmli milli maraqları tələb edir.

Aviazərbələrlə rejimi dəyişmək mümkün deyil. Bu yeni zərbələrdən sonra İranın yön dəyişdirəcəyi və Qərbmeyilli siyasətə keçəcəyi də mümkünsüzdür. Ox yaydan çıxdı və bu dəfə ABŞ İranı yaralayıb buraxmayacaq. Maraqları belə tələb edir. Birləşmiş Ştatlar İranı işğal edə bilməz. Zərbələrlə rejimi dəyişdirmək də mümkünsüzdür. Növbəti ˝danışıqlı döyüş˝ variantı da az ağılabatandır. Belə olsaydı Ağ Ev milyardlarla dollar pul xərcləyib çox nəhəng hərbi gücü İran həndəvərinə topplamazdı. Bu halda İrana hücumun bir məntiqli variantı qalır: ölkəni parçalamaq.

İranda üç aktiv separatizm ocağı var. Bunlardan birincisi İrak və qismən Türkiyə sərhəddində yerləşən kürd bögələridir. Kürdlər hər zaman İsraillə birgə İrana qarşı vuruşmağa hazır olduqlarını bəyan edirlər. Son həftə ərzində kürd bölgələrində fəaliyyət göstərən müxtəlif kürd silahlı qruplaşmaları birləşdiklərini bəyan etdilər. Bu birləşməni ekspertlərin xeylisi İsraildən gələn ˝Hazır olun˝ mesajı kimi dəyərləndirmişdi.

İkinci aktiv separatizm ocağı Bəlucistan əyalətidir. Sünni bəluclar da uzun illərdir fars rejiminə qarşı silahlı dirəniş göstərir.

Üçüncü bölgə isə Fars körfəzinin şimalında məskunlaşmış sünni ərəb toplumlarıdır. Əraəblər də zaman-zaman Tehrana qarşı ayaqlanırlar.

Hər üç separatizm ocağı İranın mərkəz bölgələrindən uzaqda və ən əsası, başqa dövlətlərlə sərhədd bölgələrində yerləşirlər. Üstəlik kürdləri və ərabləri İranın mərkəz bölgələrindən uzun sıra dağlar, Bəlucistanı isə böyük səhra ayırır. Separatizm ocaqlarının ucqar nöqtələrdə və sərhədd zolağında yerləşməsi separatçıların dəstəklənməsini xeyli asanlaşdırır.

ABŞ və İsrail aviasiyası İranın kritik nöqtələrini və hərbi bazalarını vuraraq hərbi müdafiəni sarsıdır. Dövləti parçalama əmliyyatlarına start verildikdə isə separatşılara hava dəstəyi veriləcək və rejim qüvvələrinin loqistik axını darmadağın ediləcək. Loqistik dəstəyi kəsilməş və daimi hava zərbələri altında qalan rejim qüvvələrinin separatçılara qarşı mübarizəsi son dərəcə çətinləşərdi.

Qondarma kürd dövlətinin qurulması İsrailin planları çərçivəsindədir. Belə dövlət Türkiyə və İrak üçün çox ciddi başağrısına çevrilərdi. Ərəb bölgələrinin İrandan qoparılması isə fars rejimini neftsiz qoyacaq. İran neftinin ən əhəmiyyətli hissəsi məhz fars körfəzinin şimal hissəsində, ərablərin məskunlaşdığı ərazilərdədir. Bu Trampın planlarına uyur. Bəlucistanın qoparılması isə Pakistan və Əfqanıstan üçün ciddi problemə dönəcək. Bəluclar üç dövlətin, İran, Pakistan və Əfqanıstan arasında bölünüblər. Bəlucların vahid dövlət qurmaq yolundakı səyləri Pakistan və Əfqanıstanı da qarışdırardı. Pakistan Çinin dünyaya çıxışı üçün fəvqəladə əhəmiyyətlidir.

Yaranan mənzərə belədir. Kürdüstan qurmaq İsrailin marağına uyğundur. Ərəbləri və bəlucları qoparmaq isə ABŞ üçün son dərəcə əhəmiyyətlidir. Neftlə zəngin ərəb bılgələrini qopara bilsə ABŞ bir daşla iki quş vurur. Həm İran neftinə sahib olur, həm də Çini İran neftindən məhrum edir. Bəluclara gəldikdə isə, Ağ Ev bu bölgəni gopara qopara bilsə, Pakistanı qarışdırır və Çinin Hind okeanına çıxışını əngəlləmiş olur.

Gələk məsələnin ən əhəmiyyətli tərəfinə. İran əhalisinin 40 faizə yaxını Azərbaycan türklərdir. Türklər hələlik susur. İran türklərinin hərəkətlənməsinin açarı Türkiyənin əlindədir. Deməli bu etapda İran türklərini Türkiyə sakitləşdirir. Səbəbi aydındır. İran parçalanacaq və Türkiyə bu parçalanmanın İsrail və ABŞ senarisi üzrə deyil, türklərin senarisi üzrə reallaşmasına çalışır.

Amma addım atıldı, ABŞ-İsrail cütlüyü qabağa düşdü, türkləri fakt qarşısında qoydular.

Lakin, son illərin təcrübəsi göstərir ki, Türkiyə Cümhuriyyəti ona qarşı qurulan oyunları tərsinə çevirməyi bacarır. Bu oyunu da türklərin lehinə çevirmək üçün Türkiyənin əlində çox ciddi kartlar var. Birincisi, ABŞ və İsrail bölgədən yetərincə uzaqdadırlar, Türkiyə isə regionun tam mərkəzindədir.

İkinci və ən önəmli faktor isə odur ki, İranda 40-45 milyon türk yaşayır. “Blumberq” nəşrinin məlumatına görə Türkiyə məcburi köç dalğasının qarşısını almaq üçün İran ərazisinə, 70 km-ə qədər dərinliyə qoşun yeridib tampon bölgə yaratmağı planlayır. Bu isə Türkiyə silahlı qüvvələrinin İran müharibəsinə daxil olması deməkdir.

Fars rejimi Azərbaycan türklərinə qarşı mübarizədə kürd kartından daim yararlanıb. Molla rejimi türk bölgələrinə, xüsusi ilə də Cənubi Azərbaycanın Türkiyə ilə sərhəddinə kürdləri yerləşdirib. Məqsəd Cənubi Azərbaycanla Türkiyə arasında kürd bölgəsi gurub Türkiyə ilə İran türklərinin bağını qoparmaqdır.

Başqa sözlə, türkləri bölmək üçün rusun qurduğu erməni Zəngəzuru farsın qurduğu ˝kürd Zənəzuru˝ ilə tamamlanacaqdı. Türklərin zəif olduğu 20 əsrdə erməni Zəngəzuru baş tutdu. Türkün qalxındığı 21 əsrdə isə ˝kürd Zəngəzurunun˝ qurulması ehtimalı sıfırın altındadır.

Deməli, oyuna gətirilən kürdlərlə türklər arasında ərazi problemi, yəni konflikt üçün qaçılması mümkünsüz olan əsas var. Belə qarışıq şəraitdə bölgənin tam göbəyində yerləşən və 40-45 milyonluq türk toplumuna arxalanan Türkiyə İranı istədiyi kimi şəkilləndirə biləcək.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
50
azpolitika.info

10Mənbələr