ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 28 fevral, AZƏRTAC
Naxçıvanda qeyri-sabit hava şəraiti hökm sürür, bəzi dağlıq və dağətəyi zonalara qar yağır. Avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən operativ tədbirlər həyata keçirilir. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kəndlərarası avtomobil yolları qardan təmizlənir, buzlaşma ehtimalı olan sahələrə qum-duz qarışığı səpilir.
Görülən tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.
Hazırda işlər davam etdirilir, vəziyyət daim nəzarətdə saxlanılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.