Bakı. Trend:
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropaçempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Trend-in məlumatına görə, A qrupunda yer alan yığma səfərdəİrlandiya seçməsinin qonağı olub.
Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşmayığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda ŞimaliMakedoniya seçməsinə qarşı keçirəcək.
Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) vəLüksemburqa (90:95) məğlub olub.