AZ

Seçmə mərhələ: Azərbaycan basketbol millisi səfərdə İrlandiyaya qalib gəlib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 fevral, Cavid Əliyev, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olub.

Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
3
azertag.az

10Mənbələr