AZ

İrəvan Yerasx Naxçıvan dəmiryol xətti ilə bağlı qərar verdi Nə vaxt açılacaq?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanla Rusiya Azərbaycan və Türkiyə sərhədlərinə uzanan dəmir yolu xətlərinin bərpası məsələsini müzakirə edib.

Globalinfo.az-ın xəbərinə görə, İrəvanda Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyanla Rusiyanın Nəqliyyat Nazirinin müavini Dmitri Zverev arasında görüş keçirilib.

Danışıqlar zamanı tərəflər regionda nəqliyyat əlaqələrinin bərpası və dəmir yolu infrastrukturunun yenidən qurulması məsələlərini müzakirə ediblər.

Xüsusilə, Gümrü-Axurik-Türkiyə sərhədi istiqamətində, eləcə də Yerasx (Arazdəyən)-Naxçıvan sərhədi xətti üzrə dəmir yolu sahələrinin bərpası və tikintisi gündəmdə olub.

Tərəflər qeyd ediblər ki, layihələrin reallaşması regional nəqliyyat kommunikasiyalarının açılmasına, yükdaşımaların genişlənməsinə və iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr