AZ

Arif Həşimov: Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Bu gün mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ləğv ediləcəyinə dair məlumatlar yayılıb.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı “Unikal”a açıqlama verən AMEA-nın Rəyasət Heyətinin üzvü, Fizika institutunun baş direktoru Arif Həşimov bildirib ki, hazırda belə bir məsələ müzakirə olunmur:

“Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti onun təsdiq olunmuş nizamnaməsi əsasında tənzimlənir. Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”, - deyə A.Həşimov əlavə edib.

Xatırladaq ki, Arif Həşimov AMEA-nın birinci vitse-prezidenti olub və bir müddət Akademiyanın prezidenti vəzifəsini də icra edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
mia.az

4Mənbələr