AZ

ABŞ İranda üç əraziyə işarə etdi: ya təhvil veriləcək, ya da...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cenevrədə İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların üçüncü raundu başa çatıb, lakin tərəflər hələ də əsas məsələlərdə razılığa gələ bilməyiblər. Danışıqlar əsasən Tehranın nüvə obyektləri, zənginləşdirilmiş uranın idarə olunması və hərtərəfli nüvə sazişinin şərtləri çərçivəsində aparılıb.

ABŞ İranın Fordo, Natanz və İsfahan obyektlərini məhv etməsini və zənginləşdirilmiş uranı tam olaraq təhvil verməsini tələb edir. Tehran isə öz suveren nüvə hüquqlarını qorumaqda israrlıdır və mövcud zənginləşdirmə proqramını müəyyən məhdudiyyətlərlə saxlamaqda davam edir.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İran və ABŞ arasında baş tutan görüş heç bir nəticə verməyib:

“Görünür, növbəti raund da nəticəsiz qalacaq. Çünki regiona çox sayda ABŞ qırıcıları və hərbi gəmiləri cəlb edilib. Bu, Vaşinqtonun ultimatum tərzi ilə mövqe ortaya qoyduğunu göstərir. ABŞ çalışır ki, bu vasitələrlə öz niyyətinə çatsın. Onların əsas tələbi İranın nüvə proqramından əl çəkməsi, Isfahan, Natanz və Fordo obyektlərindəki zənginləşdirilmiş uranın tam olaraq ABŞ-a təhvil verilməsidir.

İlyas Hüseynov

İran tərəfi isə bunu qəbul etmir, ona görə də danışıqlar nəticəsiz qalır. Gələcək raundlarda danışıqların davamı müəyyən gərginliklər yarada bilər. Lakin mövcud vəziyyət göstərir ki, ABŞ-ın müharibə təhdidi davam etdiyi müddətcə razılıq əldə etmək çətin olacaq. Şərtlər çox ağırdır və İran xalqına açıqlanması mümkün olmayan məqamları əhatə edir. Buna görə də Tehran müəyyən kompromisləri qəbul etmir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
globalinfo.az

1Mənbələr