AZ

Azərbaycanda daha bir zəlzələ olub - YENİLƏNİB

Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Hakimiyyet.az -a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.

9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudada zəlzələ qeydə alınıb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Seçilən
37
9
hakimiyyet.az

10Mənbələr