AZ

Şamaxıdakı zəlzələ təkrarlana bilər? - Qurban Yetirmişlidən AÇIQLAMA

“Zəlzələnin yenidən başvermə ehtimalı yoxdur. Təkrarlanma yalnız xırda təkanlar şəklində ola bilər”.

Bunu “Yen Sabah”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib:

“Ardınca 3.3 bal gücündə yeni təkan da baş verdi, lakin qorxulu heç nə yoxdur. Avterşoklar hesabında enerji boşalması getməlidir ki, tarazlıq bərpa olunsun. Ümumiyyətlə, belə xırda təkanlar tez-tez baş verir. Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər. Narahtlığa ehtiyac yoxdur”.

Qeyd edək ki, Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
8
1
yenisabah.az

2Mənbələr