AZ

İranda deputatın avtomobili atəşə tutulub

İranın şimal bölgəsində deputata məxsus avtomobil silahlı hücuma məruz qalıb.

Missiya.Az İran mediasına istinadən xəbər verir ki, insident Qəzvin əyaləti ərazisində qeydə alınıb.

Məlumata əsasən, motosikletlə hərəkət edən naməlum şəxslər tüfəngdən istifadə edərək deputat Abbas Beyqdelinin avtomobilinə atəş açıblar. Hücumdan sonra onlar ərazidən uzaqlaşıblar.

Hadisə zamanı xəsarət alan olmasa da, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxslərin saxlanıldığı bildirilib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
36
missiya.az

1Mənbələr