AZ

İnsan hüquqları komitəsində Ombudsmanın illik məruzəsi dinlənilib (FOTO)

Bakı. Trend:

Fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasıkeçirilib. Komitənin sədri Zahid Oruc bildirib ki, gündəliyə birməsələ- Azərbaycan Respublikasının İnsan hüquqları üzrəMüvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi daxiledilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Ombudsmanın müzakirəyə təqdim olunan məruzəsindəbildirilir ki, 2025-ci il ölkəmiz üçün milli və beynəlxalqsəviyyədə baş verən mühüm proseslərlə yadda qalıb. AzərbaycanRespublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətənmüharibəsində qələbənin 5-ci ildönümü münasibətilə AzərbaycanRespublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2025-ci ilin“Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilikənənələrinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yenimərhələyə yüksəldilməsi, ölkənin beynəlxalq nüfuzunun daha daartırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bu təşəbbüsün,həmçinin qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliğinə vətəşviqinə xidmət etdiyi diqqətə çatdırılıb.

Ötən ildə dövlət başçısı tərəfindən irəli sürülmüş təşəbbüsləqəbul edilmiş və 20 mindən çox insanı əhatə edən Amnistiyaqərarının humanizm prinsiplərinə əsaslanan ən mühüm addımlardanbiri olduğu vurğulanıb.

Sənədin tərtibatı, strukturu və məzmunu barədə danışan komitəsədri bildirib ki, burada müvəkkilin insan hüquqlarının qorunmasısahəsində fəaliyyət istiqamətlərinin və öhdəliklərinin icradinamikasını əks etdirən məlumatlar da öz əksini tapıb.

Zahid Oruc diqqətə çatdırıb ki, sənəddə ötən il Ombudsmanınünvanına vədəndaşlardan 42685 müraciətin daxil olduğu əks olunub.O, habelə, 916 çağrı mərkəzinə il ərzində 14718 müraciətin daxilolduğunu deyib.

Qeyd edilib ki, məruzədə mülki hüquqlara dair, o cümlədən mənzilfondu ilə bağlı məsələlər - əmlak alqı-satqısı, qeydiyyatla bağlıməqamlar yer alıb.

Ombudsman təsisatının insanların taleyinə biganə qalmayaraq,Suriyada əsir düşərgələrində girovluqda saxlanılanvətəndaşlarımızın ölkəmizə qaytarılması məsələsini diqqətdəsaxladığı qeyd olunub.

Nəzərə çatdırılıb ki, sağlamlığın qorunması hüququ ilə bağlıməruzədə əsasən həssas əhali qruplarının, uşaqların və əlilliyiolan şəxslərin tibbi xidmətlərə əlçatanlığı məsələlərinə geniş yerverilib, həmçinin bölgələrdə həkim çatışmazlığı ilə bağlı vəziyyətəAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nəticələriəsasında yanaşma təqdim olunub.

Məruzədə narkomaniya və toksikomaniya xəstələrinin sayınınartması ilə bağlı məsələsinin yer aldığı və bununla bağlı bəziçətinliklərin olduğu qeyd edilib.

Sənədə Qərbi Azərbaycana qayıdış məsələsinin daxil edildiyi,beynəlxalq əməkdaşlıq sahəsində İnsan hüquqları üzrə Müvəkkilinfəaliyyəti barədə ətraflı məlumat verildiyi vurğulanıb.

Məsələ ətrafında müzakirələrdə çıxış edən komitənin sədr müaviniArzuxan Əli-zadə, üzvləri Azər Allahverənov, Hikmət Məmmədov, RaziNurullayev,Bəhruz Məhərrəmov, Vüqar Rəhimzadə, Mübariz Qurbanlı,Naqif Həmzəyev, Elman Nəsirov, Səyyad Aran, “Təmiz Dünya” QadınlaraYardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “BakıQeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimaiBirliyinin sədri Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondununprezidenti Əliməmməd Nuriyev, Demokratiya və İnsan HüquqlarıKomitəsinin sədri Çingiz Qənizadə, Vətəndaşların Əmək HüquqlarınıMüdafiə Liqasının sədri Sahib Məmmədov, Milli QHT Forumunun İdarəHeyətinin sədri Ramil İsgəndərli, “XXI Əsrin Qadınları” İctimaiBirliyinin sədri Mahirə Əmirhüseynova, “Azad İstehlakçılar” İctimaiBirliyinin sədri Eyyub Hüseynov, “Netftçilərin Hüquqlarını MüdafiəTəşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova, BeynəlxalqAvrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Parlament AparatınınDövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsanhüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov özfikirlərini bölüşüblər.

Çıxışlarda ombudsman institutunun əmək və məşğulluq, sosialtəminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təminedilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi,dezinformasiyaların qarşısının alınması üçün yeni mexanizmlərintədbiq edilməsi, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə vədigər sahələrdə gördüyü işlər təqdirəlayiq hesab edilib, bir sıratəkliflər səsləndirilib.

İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlısəsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan bir sıraməsələlərə aydınlıq gətirib.

Bildirilib ki, məruzədə əksini tapan 94 təklifdən 67-si yeni,27-si isə öz aktuallığını hələ də qoruyub saxlayantəkliflərdir.

Aparat rəhbəri Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi vəonların qayıdış hüququnun təmin olunması məsələsinin daim diqqətmərkəzində saxlanıldığını vurğulayıb.

Nəzərə çatdırılıb ki, bölgələrdə vətəndaşlarla səyyar qəbullarkeçirilir və onların bir çoxunun problemləri yerində həllolunur.

Qeyd edilib ki, illik məruzədə məhkəmə qərarlarının icrası, ocümlədən alimentlə bağlı qərarların icrasında yaranan çətinliklər,Aliment Fondunun yaradılmasının zəruriliyi, eləcə də hüquqiyardımın göstərilməsi ilə bağlı məsələlərə toxunulub.

Sonda Azərbaycan Respublikasının İnsan hüquqları üzrəMüvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi qənaətbəxşhesab olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda komitənin üzvləri Tural Gəncəliyev, Sevil Mikayılova,Mircəlil Qasımlı, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrivə digər rəsmi şəxslər iştirak ediblər.

İnsan
İnsan
İnsan
İnsan
Seçilən
35
6
az.trend.az

8Mənbələr