AZ

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri adından Birləşmiş Krallıq Parlamentinin bir sıra üzvünə məktub ünvanlanıb

Bakı. Trend:

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, BöyükBritaniya və Şimali İrlandiya Birləşmiş Krallığı iləparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Farizİsmayılzadə fevralın 25-də başçılıq etdiyi qrupun adından BirləşmişKrallıq parlamentinin üzvləri Baronessa Helena Kennediyə, BrendanO’Hara və Cessika Mordenə məktub ünvanlayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Məktubda Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrəişçi qrupunun üzvlərinin Birləşmiş Krallıq parlamentindəAzərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mövcudolmuş keçmiş cinayətkar və separatçı rejimlə bağlı davam edənaraşdırma təşəbbüsündən ciddi narahatlıq və məyusluq hissikeçirdikləri qeyd olunub. Bildirilib ki, belə bir təşəbbüs hazırdaAzərbaycan və Ermənistan arasında irəliləyən və Böyük Britaniyahökumətinin də yüksək səviyyədə dəstəklədiyi sülh prosesinə ciddizərbə vura bilər.
Bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuzildən artıq davam edən qanunsuz işğalı və bir milyona yaxınazərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilənəticələnən ağır mərhələdən sonra, Ermənistan və Azərbaycan hazırdaABŞ və Avropalı tərəfdaşlarının dəstəyi ilə sülh prosesində realirəliləyiş əldə etməkdədir. Odur ki, mövcud olmayan separatçırejimlə bağlı keçirilməsi nəzərdə tutulan təxribat xarakterlidinləmələrin radikal, sülhə qarşı çıxan diaspor qruplarının vəlobbi dairələrinin yanlış və qərəzli məlumatlarına əsaslanacağıbildirilir.

Fariz İsmayılzadə vurğulayıb ki, Cənubi Qafqazda revanşizmə yeryoxdur və tərəflər birgə səylərlə sülhün möhkəmləndirilməsi,müharibə siyasətinə qayıdışın qarşısının alınması istiqamətindəfəaliyyət göstərməlidirlər.

Sonda Böyük Britaniya Parlamentinə sözügedən araşdırmatəşəbbüsünün ləğv edilməsi ilə bağlı çağırış edilib. Bildirilib ki,Azərbaycan parlamentinin üzvləri, xüsusilə Böyük Britaniya iləparlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri britaniyalıparlamentarilərin bu məsələdə dəstəyinə inanır və iki ölkə arasındadavam edən strateji tərəfdaşlığın Cənubi Qafqazda sülh prosesinəəlavə töhfə verəcəyinə ümid bəsləyirlər.

Məqalədə:
Seçilən
39
11
az.trend.az

10Mənbələr