AZ

Netflix şirkəti Warner Bros. Discovery üçün verdiyi təklifi artırmayacağını açıqlayıb

Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifin məbləğini artırmayacağını açıqlayıb.

Marja.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, "Netflix" şirkəti "Warner Bros. Discovery"nin İdarə Heyətindən, "Paramount Global"ın son təklifinin "Netflix" ilə planlaşdırılan birləşmə sazişinin şərtlərindən  “daha üstün təklif” kimi qiymətləndirildiyi barədə bildiriş alıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Netflix"in baş icraçı direktorları Ted Sarandos və Greg Peters bildiriblər ki, "Paramount"un son təklifini üstələmək üçün tələb olunan qiymət artıq maliyyə baxımından cəlbedici deyil və buna görə də təklifi artırmaqdan imtina ediblər.

Açıqlamada "Netflix"in "Warner Bros."un ikonik brendlərini effektiv şəkildə idarə edə biləcəyinə və bu razılaşmanın əyləncə sektorunu gücləndirəcəyinə inandığı qeyd olunub: “Lakin bu əməliyyat nə bahasına olursa-olsun həyata keçirilməli olan bir əməliyyat deyil, yalnız düzgün qiymətə alınması lazım olan bir əməliyyat idi.”

"Netflix"in bu açıqlaması, "Warner Bros. Discovery"nin, "Paramount" şirkətinin səhmbaşına 31 dollar olaraq yenilənmiş təklifinin "Netflix" ilə planlaşdırılan birləşmə sazişi çərçivəsində “şirkət üçün daha üstün təklif” olduğunu bildirməsindən sonra verilib.

"Warner Bros. Discovery"nin açıqlamasında, birləşmə müqaviləsində dəyişiklik təklif etmək üçün "Netflix"ə 4 iş günü vaxt verildiyi, bu müddətin sonunda "Warner Bros. Discovery" İdarə Heyətinin hələ də "Paramount"un təklifini üstün hesab edəcəyi təqdirdə "Netflix" ilə bağlanan birləşmə müqaviləsinin ləğv edilə biləcəyi qeyd olunub.

"Netflix" 5 dekabr 2025-ci il tarixində "Warner Bros. Discovery"nin film və televiziya studiyaları, həmçinin HBO Max və HBO-nu da əhatə edəcək şəkildə 82,7 milyard dollar ümumi müəssisə dəyəri əsasında satın almaq üçün razılığa gəldiyini açıqlamışdı.

"Paramount" isə 8 dekabr 2025-ci il tarixində "Warner Bros. Discovery"nin bütün səhmlərini səhmbaşına 30 dollar nağd ödənişlə almaq üçün ümumilikdə 108,4 milyard dollar müəssisə dəyərinə bərabər təklif irəli sürdüyünü elan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
marja.az

3Mənbələr