Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Pükatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Qeyd edək ki, bu raundda ÇL-in Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri iştirak edəcəklər.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 10-11-də, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.
Liqa mərhələsinin ilk “8-liy”i: “Arsenal” (İngiltərə), “Bayern” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə).
Pley-off mərhələsinin qalibləri: “Real” (İspaniya), PSJ (Fransa), “Nyukasl” (İngiltərə), “Atletiko” (İspaniya), “Atalanta” (İtaliya), “Bayer” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Bodo Qlimt” (Norveç).
