AZ

Vitse-spiker Milli Məclisin adının dəyişdirilməsini təklif ETDİ

"Bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox Millət Məclisi olmalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Rafael Hüseynov dedi.

O əlavə edib ki, bu məsələyə gələcəkdə baxılmalıdır:

"Yəni Azərbaycan dilinin qrammatik təbiəti məhz mədəniyyət yaradıcılığı, mədəniyyət sənayesi, yaradıcılıq sənayesi ifadələrindən daha doğru olduğunu qəbul edə bilərik və düşünürəm ki, gələcəkdə məhz bu şəkildə yazılmalıdır. İndi Azərbaycan mədəniyyəti 2040 strategiyası... yox, konsepsiyası qəbul olunub. Onun çərçivəsində beş dövlət proqramının hazırlanması nəzərdə tutulur və gələcəkdə istər kinematoqrafiya haqqında qanunda, mədəniyyət haqqında qanunda, digər bizim qanunlarımızda, qanunlarımızda düşünürəm ki, həmin o konsepsiya çərçivəsində mütləq yenidən baxılacaq və müəyyən mənada islah ediləcək. Həmin kontekstdə düşünürəm ki, dilimizin qrammatik quruluşuna daha uyğun ifadələr gələcəkdə o qanun layihələrində yer almalıdır".

Deputarın fikirlərinə cavab olaraq isə spiker Sahibə Qafarova isə bildirdi ki, bu gəcələyin məsələsidir.

Nuriyyə NATİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr