AZ

Bank əmanətçilərinin depozit gəlirləri 17%-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 117.7 milyon manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% və ya 16,9 milyon manat artıb. 2025-ci ilin yanvar ayında banklar 100.8 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari ilin fevral ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% və ya 155,7 milyon manat azalaraq 36 milyard 805.3 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 446.6 milyon manat faiz gəliri əldə ediblər.

"Cebheinfo.az"

Seçilən
7
5
cebheinfo.az

10Mənbələr