AZ

Mehman Əhmədli Rusiyada itkin düşdüyü deyilən meyxanaçı barədə danışdı KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Meyxanaçı Mehman Əhmədli Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulduğu deyilən meyxanaçı dostu Vahid Qədimin Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, M.Əhmədli pravda.az-a açıqlamasında deyib ki, Vahid Qədimin itkin düşdüyünə inanmır.

“Bu nəsə düz söhbətə oxşamır. Vahid Qədim müharibəyə qoşulmamışdı. Axırıncı dəfə onunla, təxminən, bir ay yarım, iki ay bundan əvvəl danışmışıq. İddiaları boş söhbətə bənzədirəm. Bundan əvvəl də xəbər yaymışdılar, o da yalan çıxdı. Mührabəyə getməsinə, itkin düşməsinə inanmıram”, – M.Əhmədli deyib.

Qeyd: Vahid Qədimin itkin düşməsi barədə xəbəri hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
2
konkret.az

3Mənbələr