AZ

ABŞ-nin vitse-prezidenti İranla müharibədən danışdı: “Prioritet olaraq qalır”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla hərbi qarşıdurmanın Yaxın Şərqdə uzun müddətli müharibəyə səbəb ola biləcəyi ilə bağlı fikirlər heç bir halda real deyil.

“Yeni Sabah” “The Washington Post”a  istinadən xəbər verir ki, o həmçinin vurğulayıb ki, ABŞ-nin münaqişəni diplomatik danışıqlar yolu ilə həll seçimi hələ də prioritet olaraq qalır, amma bu, İran tərəfinin atacağı addımlardan və söyləyəcəyi açıqlamalardan asılıdır.

ABŞ rəsmisi keçmiş hərbi səhvlərin təkrarlanmamasının vacibliyini də qeyd edib: “Keçmişdə bir Prezident hərbi münaqişədə səhv edib deyə, biz heç vaxt hərbi əməliyyata girməməli deyilik? Biz ehtiyatlı olmalıyıq, amma məncə Prezident diqqətli davranır”, - ABŞ-nin vitse-prezidenti bildirib.


Telegram kanalımız
Seçilən
21
yenisabah.az

1Mənbələr