AZ

Britaniya səfirliyi: Azərbaycan Ermənistan normallaşması dayanıqlı sülhə aparan yeganə yoldur

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyi aydın və dəyişməz olaraq qalır.

BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Qeyd edilib ki, Britaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır:

"Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhə aparan yeganə yol kimi dəstəkləyirik".

Bəyanatda qeyd edilib ki, Böyük Britaniyanın Bakıdakı Səfirliyi Əlahəzrət Kral III Çarlzın Hökumətini təmsil edir və Böyük Britaniya Hökumətinin xarici siyasət mövqelərini ifadə edir:

"Səfirlik Böyük Britaniyanın konstitusiya sistemində ayrıca və müstəqil hakimiyyət qolu olan Britaniya Parlamentinin adından çıxış etmir. Parlament Hökumətdən müstəqil fəaliyyət göstərir və onun dinləmələri, müzakirələri və araşdırmaları Əlahəzrət Kral III Çarlzın Hökumətinin rəsmi siyasətini deyil, ayrı-ayrı deputatların və ya parlament komitələrinin mövqelərini əks etdirir. Bu səbəbdən Səfirliyin parlament proseslərinin məzmunu və ya gedişatı ilə bağlı şərh verməsi məqsədəuyğun hesab edilmir. Bununla bağlı bütün sorğular www.parliament.uk ünvanı vasitəsilə birbaşa Britaniya Parlamentinə yönləndirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
5
baku.ws

7Mənbələr